İran rəsmiləri azərbaycanlı müsafirəri çiçək dəstələri ilə qarşılayıb və müşayiət ediblər.
Arannews- Astaranın məsul şəxsləri mübarək Fəcr ongünlüyü münasibətilə bu şəhərin sərhəd terminalında azərbaycanlı müsafirəri çiçək dəstələri ilə qarşılayıb və müşayiət ediblər.İranın Astara şəhrestanının ümumi anbarlar üzrə müdiri deyib: Azərbaycan Respublikası vətəndaşları sərhədə giriş və sərhəddən çıxış zamanı yerli rəsmilər tərəfindən qarşılanaraq, müşayiət olunubdur.
Kiyumərs Məclesi əlavə edib: Astara gömrüyünün sərhəd terminalının ərazisi və müsafir binasının zalı inqilab dövrünün şəkilləri, İslam İnqilabının Dahi Banisi və İslam İnqilabının Böyük Rəhbərinin çıxışları ilə bəzədilibdir.
O, əlavə edib: İmam Xomeyni(r.ə)-in islami vətənə daxil olmasının tarixi anının ildönümü günündə Astara sərhəd terminalında inqilab nəğmələri göylərə ucalıb.