Tarix : 2017 Feb 02
Kod 51179

Azərbaycanda islam inqilabının qələbəsinin ildönümü günləri münasibəti ilə tədbirlərə start verilib

Fəcr ongünlüyü mərasimləri məktəblilərin əzəmətli İslam İnqilabının qələbəsindəki təsirli amillər, bu inqilabın nailiyyətləri və ...
Arannews- Azərbaycan Respublikasındakı iranlı məktəblilər inqilab zəngini səsləndirərək İslam İnqilabının qələbəsinin ildönümü günlərinə məxsus şənliklərə start veriblər.
Bakıda Vəliyi-Əsr təhsil kompleksində məktəblilər bu gün inqilab zəngi çalınaraq inqilab rəsmlər müsabiqəsi və divar qəzeti kimi yarışlara sitart veriblər və İslam İnqilabının qələbəsinin ildönümü günlərini anaraq islam inqilabının amallarına sədaqətlərini bildiriblər. 
Vəliyi-Əsr təhsil kompleksinin müdiri Sadiq Yəzdi bu barədə deyib: Fəcr ongünlüyü mərasimləri məktəblilərin əzəmətli İslam İnqilabının qələbəsindəki təsirli amillər, bu inqilabın nailiyyətləri və İslam İnqilabının Böyük Rəhbərinin göstərişlərinə sədaqətlə inqilabın mühafizəsi yolları ilə tanış olmaq təhsil kompleksinin Fəcr ongünlüyü üçün nəzərdə tutduğu tədbirlərin əsas məqsədini təşkil edir. 
Bakıda Vəliyi-Əsr təhsil kompleksində 180 məktəbli təhsil alır.


  • Yazılıb
  • da (də) 2017 Feb 02
  • Göndərən مدير سايت Aran News