Tarix : 2017 Feb 02
Kod 51180

İran və Azərbaycan arasında turizmin inkişafı gələcəkdə investorların cəlbinə imkan yaradacaq

bunu İranın Azərbaycandakı səfiri Cavad Cahangirzadə bildiri.
Arannews- İranın "Mahan Air" aviaşirkəti Tehran-Bakı marşrutu üzrə ilk aviareysini həyata keçirib.
Bununla iki ölkə arasında həftə ərzində həyata keçirilən aviareyslərin sayı 14 çatıb. Aviaşirkətin həyata keçirdiyi ilk reyslə 35 nəfər Azərbaycana gəlib. Heydər Əliyev Beynəlxalq Hava Limanında jurnalistlərə açıqlama verən İranın Azərbaycandakı səfiri Cavad Cahangirzadə bildirib ki, Novruz bayramından sonra aviareyslərin sayının artacağı gözlənilir: "Ötən il Novruz bayramında İrandan Azərbaycana gələn turistlərin sayında 30 dəfə artım qeydə alınıb. Biz turistlərin sayının daha da artmasını arzu edirik. "Mahan Air" şirkəti də bu işdə öz töhfəsini verəcək. Bu, həmçinin azərbaycanlı turistlərin İrana çıxışını asanlaşdıracaq. İki ölkə arasında turizmin inkişafı gələcəkdə investorların da cəlbinə imkan yaradacaq".


  • Yazılıb
  • da (də) 2017 Feb 02
  • Göndərən مدير سايت Aran News