Tarix : 2017 Feb 04
Kod 51182

səfir Milli Məclisin sədri ilə görüşüb

görüşdə Oktay Əsədov İran və Azərbaycanın iki dost və qardaş ölkə olduğunu bildirib ,...
Arannews- İran İslam Respublikasının Azərbaycan Respublikasındakı səfiri Milli Məclisin sədri Oktay Əsədov ilə görüşüb.
görüşdə Oktay Əsədov İran və Azərbaycanın iki dost və qardaş  ölkə olduğunu bildirib , iki ölkə xalqlarının dini, mədəni və tarixi ortaqlıqlarına toxunaraq bunun qarşılıqlı əlaqələrin inkişafı üçün əlverişli zəmin yaratdığını vurğulayıb. 
Oktay Əsədov İran İslam Respublikası və Azərbaycan Respublikası prezidentlərinin qarşılıqlı səfərləri və iki ölkə arasındakı müzakirələrin qarşılıqlı əlaqələrin inkişafı üçün önəm kəsb etdiyini vurğulayıb və deyib: İran, Rusiya və Azərbaycan prezidentlərinin 2016-cı il avqust ayında Bakıda keçirdikləri üçtərəfli görüş sadəcə üç ölkə üçün deyil, bütün region üçün xüsusi əhəmiyyətə malikdir.
Azərbaycan Milli Məclisinin sədri deyib: İki ölkənin siyasi əlaqələrlə yanaşı iqtisadi əməkdaşlıqları da yüksələn xətt üzrə inkişaf etməkdədir və Bakıda müştərək əczaçılıq zavodunun inşasına start verilməsi bu kimi əməkdaşlıqlara bariz nümunədir. 
Oktay Əsədov Azərbaycan və İran parlamentlərinin qarşılıqlı əlaqələrin inkişafındakı əvəzedilməz roluna toxunaraq deyib: İki ölkə parlamentlərində dostluq qruplarının fəaliyyəti və iki ölkənin millət vəkillərinin qarşılıqlı səfərləri münasibətlərin möhkəmlənməsinə öz töhfəsini verir. 
Görüşdə İranın Azərbaycandakı səfiri Cavad Cahangirzadə də iki ölkə əlaqələrinin möhkəmlənməsi üçün əlindən gələni əsirgəməyəcəyini vurğulayaraq deyib: İran İslam Respublikası Azərbaycanla bütün sahələrdə əlaqələrin genişləndirilməsində maraqlı olduğunu vurğulayıb.
İranın Bakıdakı səfiri iki ölkənin siyasi, iqtisadi və mədəni sahələrdə əlaqələrinin daha da inkişaf etdirilməsinin vacibliyini vurğulayaraq deyib: Biz iqtisadi əməkdaşlıqların daha da genişləndirilməsini istəyirik və bu istiqamətdə iki ölkə parlamentləri xüsusi rola malikdirlər.


  • Yazılıb
  • da (də) 2017 Feb 04
  • Göndərən مدير سايت Aran News