Ermənistan Prezidenti: "Biz Dağlıq Qarabağ məsələsində güzəştlərə hazırıq, lakin bunun təzyiq altında olmasına qarşıyıq. Nə daxili, nə də xarici təzyiqi qəbul etmirik".
Arannews- Dağlıq Qarabağda güzəştlər etməyə hazırıq. Lakin bu, qarşılıqlı olmalı və təzyiq altında baş verməməlidir.
bu barədə Ermənistan Prezidenti Serj Sərkisyan sədri olduğu Respublika Partiyasının siyasi məktəbində çıxışı zamanı deyib.
Serj Sərkisyan ümumi qorxulardan danışıb və deyib ki, dünyada qorxmaz insan yoxdur:
“Lakin nə vaxt həyəcan qorxuya çevrilirsə, bu pisdir. Sən həyəcan altında öz qərarlarını dəyişdirirsənsə, deməli, qorxaqsan. Biz Dağlıq Qarabağ məsələsində güzəştlərə hazırıq, lakin bunun təzyiq altında olmasına qarşıyıq. Nə daxili, nə də xarici təzyiqi qəbul etmirik”.