Tarix : 2017 Feb 04
Kod 51187

Rustavidə Həzrət Zeynəbin (s.ə) mövludu münasibətilə mərasim keçirilib

“BGMİ”nin nəzdində fəaliyyət göstərən “Gürcüstan Müsəlman Qadınlar İcması”nın (GMQİ) təşkilatçılığı ilə Xanım Zeynəbin (s.ə) təvəllüdü münasibəti ilə Gürcüstanın Rustavi şəhərində bayram mərasimi keçirilib.
Arannews- Gürcüstanın Rustavi şəhərində Həzrət Zeynəbin (s.ə) mövludu münasibətilə mərasim keçirilib. 
“BGMİ”nin nəzdində fəaliyyət göstərən “Gürcüstan Müsəlman Qadınlar İcması”nın (GMQİ) təşkilatçılığı ilə Xanım Zeynəbin (s.ə) təvəllüdü münasibəti ilə Rustavi şəhərində bayram mərasimi keçirilib. 
Rustavi şəhərindəki şadlıq saraylarının birində təşkil olunan mərasimdə Müsəlman Qadınlar İcmasının üzvləri ilə birgə, şəhər sakinləri ətraf rayon və kəndlərdən dəvət olunan xanımlar da iştirak edib.
Bayram süfrəsi ətrafında təşkil olunan mərasimdə öncə Lamidə Bayramova Qurandan ayələr tilavət etdi. Sonra mərasimin aparıcısı Gülsəfa Məmmədova məclisi açıq elan edərək çıxış üçün sözü GMQİnin idarə heyətinin üzvlərinə verdi.
Tədbirdə çıxış edən Gülşə Nemətova, Yeganə, Hüseynova, Şahnaz Həsənova, Günay Quliyeva, Sevda Səfərova və Səbinə Rzayeva Peyğəmbər (s) nəvəsi, Əli (ə) və Fatimə (s.ə) qızı və imamət bacısı Hz. Zeynəbin (s.ə) şəxsiyyət və fəzilətlərindən, onun xanımlara örnək olacaq fədakarlıq, iman, həya və paklığı haqqında və eləcə də Kərbəla vaqiəsində göstərdiyi əvəzsiz xidmətlərindən danışdılar, xanımın haqqında şeirlər oxudular.


 



  • Yazılıb
  • da (də) 2017 Feb 04
  • Göndərən مدير سايت Aran News