Qeyd edilən qiymətləndirmə birtərəfli , qeyri-real və qəbul olunmazdır və İranın sülhsevər nüvə proqramının mahiyyətinin həqiqətləri ilə açıq-aşkar ziddiyyətdədir
Iran Servisi/Aran Agentliyi
İran İslam respublikasının Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi prezident seçkiləri üzər namizədlərinin birinin sözlərini qeyri real adlandırıb . Seyyid Məhəmmədəli Hüseyni Barak Obamanın İranın nüvə proqramının mahiyyəti barədəki mövqeyi barədə deyib : Qeyd edilən qiymətləndirmə birtərəfli , qeyri-real və qəbul olunmazdır və İranın sülhsevər nüvə proqramının mahiyyətinin həqiqətləri ilə açıq-aşkar ziddiyyətdədir .Barak Obama demokrat partiyasının daxili rəqabətlərində qələbə çaldıqdan bir gün sonra İİR-ni nüvə proqramına malik olmasına görə təhlükəli adlandırıb . AİPEC Sionist lobbisində danışan Barak Obama öhdəlik götürdü ki , Ağ Evə yol tapdığı təqdirdə İranın nüvə silahlarına yiyələnməsi adlandırdığı məsələnin qarşısını almaq üçün özünün bütün gücündən istifadə etsin