İran İslam İnqilabı sayılı inqilablardan biridir və insanların məlumatlandırılması səviyyəsinin yüksəldilməsində təsir göstərdi.
Arannews- Azərbaycan Respublikası Birlik partiyasının sədri İran İslam İnqilabını münasir dövrün misilsiz inqilabı adlandırıb.
Azərbaycan Birlik Partiyasının sədri Xudu Xuduyev Fəcr Ongünlüyü münasibəti ilə İran xalqı və dövlətini təbrik edərək deyib: İran İslam İnqilabı sayılı inqilablardan biridir və insanların məlumatlandırılması səviyyəsinin yüksəldilməsində təsir göstərdi.
Azərbaycan Birlik partiyasının sədri əlavə edib: Əgər İmam Xomeyninin (rə) rəhbərliyi ilə Pəhləvi rejiminə qarşı İslam İnqilabı baş verməsəydi, İslam dini və islam mədəniyyəti çoxlu problemlərlə üzləşərdi.
Xudiyev deyib: İmperializm siyasətlərinin məğlubiyyəti İran İslam Respublikasının banisi Həzrət İmam Xomeynin (rə) rəhbərliyi ilə İslam İnqilabının önəmli nailiyyətlərindən biri idi.
İranda İslam İnqilabı 1979-cu ildə qələbəyə çatmaqla dünyanın bir çox böyük qüdrəti, o cümlədən Amerikanın region ölkələrindəki hesablamaları çoxlu dəyişikliklərə məruz qaldı. Ağ Evin imperialist siyasətləri və avanturasına qarşı atılan addımları buna misal göstərmək olar.