Rusiya tərəfindən Avropanın 15 ölkəsindən ev quşlarının, inkubasiya yumurtasının və başqa ət məhsullarının idxalına qadağa tətbiq ediləcək.
Arannews- İki həftə ərzində Rusiya Avropa Birliyinin 15 ölkəsinə sanksiya tətbiq edəcək.bu barədə Rusiya Federal Baytarlıq və Fitosanitar Nəzarət Xidmətinin rəsmi nümayəndəsi Yuliya Melano məlumat verib.
Rusiya tərəfindən Avropanın 15 ölkəsindən ev quşlarının, inkubasiya yumurtasının və başqa ət məhsullarının idxalına qadağa tətbiq ediləcək.
"Hələ ki, sanksiyanın tətbiqi ilə bağlı dəqiq tarix yoxdur, amma biz iki həftə ərzində qadağanın tətbiq etməyi planlaşdırırıq. Qadağa tətbiq ediləcək ölkələr bunlardır: Avstriya, Britaniya, Macarıstan, Bolqarıstan, Yunanıstan, Almaniya, İtaliya, Hollandiya, Polşa, Rumıniya, Slovakiya, Fransa, Xorvatiya, Çexiya və İsveç", - Melano qeyd edib.
Qeyd edək ki, bundan öncə Rusiya Federal Baytarlıq və Fitosanitar Nəzarət Xidməti Belarusun Minsk vilayətindən inək ətinin tədarükünə qadağa qoyulduğunu açıqlamışdı.