Arannews- Gürcüstan Təhsil Nazirliyi Batumi şəhərində fəaliyyət göstərən FETÖ şəbəkəsinə bağlı Şahin İbtidai məktəbi və liseyinin lisenziyasını ıəğv edib.bu barədə sözügedən ölkənin Təhsilin Təkmilləşdirilməsi Mərkəzi məlumat yayıb.
Qərara səbəb kimi həmin tədris ocaqlarında aparılan araşdırmalar zamanı bir sıra qanun pozuntularının aşkar edilməsi göstərilib.
Bundan əlavə, Şahin İbtidai məktəbində təhsil alan şagirdlərin digər liseylərdə yerləşdiriləcəyi də bildirilib.
Qeyd edək ki, məsələ ilə bağlı rəsmi qərarın 10 iş günü ərzində yayımlanacağı da əlavə edilib.