Al-mustafa Beynəlxalq Universiteti tərəfindən təşkil olunan 22-ci beynəlxalq Quran və Hədis müsabiqəsinin başlanması münasibətilə Gürcüstan Al-Mustafa təhsil mərkəzində qız və oğlan tələbələr arasında ayrı-ayrılıqda Quranın hifzi üzrə müsabiqə keçirilib.
Arannews- Fevral ayının 4-də Gürcüstanda tələbələr arasında "Quran və hədis" müsabiqəsi keçirilib. Al-mustafa Beynəlxalq Universiteti tərəfindən təşkil olunan 22-ci beynəlxalq Quran və Hədis müsabiqəsinin başlanması münasibətilə Gürcüstan Al-Mustafa təhsil mərkəzində qız və oğlan tələbələr arasında ayrı-ayrılıqda Quranın hifzi üzrə müsabiqə keçirilib.
Münsiflər heyətinin rəyi ilə 6 nəfər qalib olaraq seçilib. Qaliblər mükafatlanadırılıb.
Bununla yanaşı Quranın qiraəti və təfsiri üzrə qeyd olunacaq növbəti müsabiqə haqqında da iştirakçılara məlumatlar verilib.
