Tarix : 2017 Feb 06
Kod 51199

Moldova Baş naziri: "Rusiya hərbiçiləri dərhal ölkədən çıxarılmalıdır"

Dnestryanıdakı rus bazaları beynəlxalq təşkilatların nəzarəti altında olan vətəndaş missiyası ilə əvəz edilməlidir.
Arannews- Moldova Dnestryanıda Rusiya hərbi bazalarının qanunsuz yerləşdirilməsindən narahatdır.
bunu Moldova Baş naziri Pavel Filip deyib.
O qeyd edib ki, Dnestryanıdakı rus bazaları beynəlxalq təşkilatların nəzarəti altında olan vətəndaş missiyası ilə əvəz edilməlidir və Biz ölkəmizin federasiyaya çevrilməsinin qəti əleyhinəyik.
Qeyd edək ki, Dnestryanıda hazırda 1600-dən çox rus hərbçisi və 20 min tonluq hərbi sursat mövcuddur.


  • Yazılıb
  • da (də) 2017 Feb 06
  • Göndərən مدير سايت Aran News