Tarix : 2017 Feb 07
Kod 51203

İran rəsmisi Azərbaycan prokurorluğunun iddialarına reaksiyası

Bəhram Qasemi: "İran və Azərbaycan arasındakı əlaqələrin səviyyəsini nəzərə alaraq, əlaqələrimizlə bağlı bir sıra həssaslıqlar mövcuddur və bundan sonra da olması istisna edilmir".
Arannews- İran İslam Respublikası Xarici İşlər Nazirliyinin sözçüsü Bəhram Qasemi Azərbaycan prokurorunun İranın "Real" hərəkatını maliyyələşdirməsi barədəki iddialarına reaksiya olaraq deyib: Bu iddialar əsası olmayan uydurmadan başqa bir şey deyil.

İran Xarici İşlər Nazirliyinin sözçüsü Bəhram Qasemi Səhər kanalına bildirdi: "Bizim rəsmi mövqeyimiz İranın Azərbaycandakı səfirliyi tərəfindən verilən bəyanatda öz əksini tapıb. İran və Azərbaycan arasındakı əlaqələrin səviyyəsini nəzərə alaraq, əlaqələrimizlə bağlı bir sıra həssaslıqlar mövcuddur və bundan sonra da olması istisna edilmir."

İran Xarici İşlər Nazirliyinin sözçüsü daha sonra İran və Azərbaycan arasındakı əlaqələrin inkişaf halında olduğunu vurğulayaraq, kənar qüvvələrin destruktiv və təxribatçı səylərin təsirsiz olduğunu deyib:

" Bəzi paxıl tərəflər zaman-zaman bu əlaqələrə qısqanclıq edirlər. Buna görə də əsassız ittihamlar ortaya atmaqla, qalmaqal yaratmağa çalışırlar. Amma, İran və Azərbaycan əlaqələri dərin tarixi və dostluq əlaqələrinə söykənir. Buna görə də, süni şəkildə yaradılan bu maneələr iki ölkə əlaqələrinin inkişafına hansısa mənfi təsir buraxa bilməz. Mən belə düşünürəm ki, bu kimi məsələlərə  həddindən artıq önəm vermək lazım deyil. Haradan qaynaqlandığı məlum olmayan bu kimi iddialar və mövzular ümumiyyətlə heç bir əsasa malik deyil. Və daha çox fantaziya və uydurma xarakteri daşıyır."


  • Yazılıb
  • da (də) 2017 Feb 07
  • Göndərən مدير سايت Aran News