Tarix : 2017 Feb 09
Kod 51214

iran və azərbaycan arasında gömrük razılığı

Azərbaycan Astarası Gömrüyü və İran Astarası Gömrüyünün rəsmiləri görüşərək keçidlərin asanlaşdırılması və gömrüyün iş saatının artırılması haqda fikir mübadiləsi aparıblar.
Arannews- İran və Azərbaycan Astarası Gömrüklərinin rəsmiləri iki ölkənin müştərək sərhəd yoxlama-keçidi virtual darvazasının yaradılması üzrə razılığa gəliblər. Bu razılaşma ilə gömrüyün iş saatı artacaq və xərclərdə də qənaət olunacaq.
Azərbaycan Astarası Gömrüyü və İran Astarası Gömrüyünün rəsmiləri görüşərək keçidlərin asanlaşdırılması və gömrüyün iş saatının artırılması haqda fikir mübadiləsi aparıblar.
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Fəaliyyətin Qiymətləndirilməsi və İnkişaf Proqramları Baş İdarəsinin rəisi bu ölkənin Dövlət Gömrük Xidmətinin rəis müavini, Astara Gömrük Xidmətinin rəisi, Astara Gömrük Xidmətinin Avtobus və minik avtomobili gömrük xidmətinin rəisindən ibarət heyətin müşayiəti ilə İran İslam Respublikası Astara gömrük sərhəd xidməti ilə yaxından tanış olub və İranın Beynəlxalq Gömrük İdarəsinin eksperti, Gömrük İdarəsinin İnformasiya Texnologiyaları üzrə rəis müavini, İran Astarası Gömrük İdarəsinin baş direktoru və müavinlərinin iştirakı ilə keçirilən müştərək iclasda iki ölkə Astarasının gömrük məsələləri və problemlərini, eləcə də yubanmaların aradan qaldırılmasını araşdırıblar.
Astara sərhəd rayonunun baş gömrük idarəsinin direktoru Rəsul Ümidi deyib: İki ölkənin müştərək sərhəd darvazasının virtual şəkildə yaradılması araşdırılır. Bu məsələnin ilkin addımları iki ölkənin gömrüklər üzrə yüksək səviyyəli rəsmiləri tərəfindən atılmışdır. İki ölkənin virtual sərhəd müştərək darvazasının yaradılması gömrük mübadilələrində nəzarətlərin diqqəti cəlb edəcək dərəcədə azalmasına səbəb olacaq və bizim göndərdiyimiz sənədlər qarşı ölkənin idxal sənədləri hökmündə olacaqdır.
İran Astarası Gömrük İdarəsinin baş direktoru iki ölkə gömrüklərinin iş saatının 24 saata artırılmasını müzakirələrin başqa bir predmeti adlandırıb və deyib: Biz bu iş saatının artırılmasını tətbiq etmək üçün hazırlığımızı bildirmişik. Bu iclasda Astara gömrüyünün fəaliyyətinin bir neçə saata artırılması üçün razılaşma əldə olundu və hazırkı planın icrası ilə işlər sürətlə həyata keçiriləcək və gələcəkdə və iki ölkə arasında anlaşma olduğu halda, 24 saatlıq iş rejimi gerçəkləşəcəkdir.
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Fəaliyyətin Qiymətləndirilməsi və İnkişaf Proqramları Baş İdarəsinin rəisi də deyib: Azərbaycan və İran gömrüklərinin sıx əməkdaşlıqları uğurla davam edir və iki ölkə gömrüklərinin əməkdaşlıqlarının genişləndirilməsi istiqamətində heç bir maneə yoxdur.
İqbal Babayev bildirib: İki ölkə gömrüklərində yaşıl zonanın və sürətli keçidin yaradılması regionun başqa ölkələri kimi turistlərə, elmi və siyasi şəxsiyyətlərə xüsusi sadələşdirmələri və dəyərləri təqdim edə bilər.
Babayev əlavə edib: Müştərək darvazanın yaradılmasında məqsəd iki ölkə arasında gömrük protokollarının sadələşdirilməsidir.




  • Yazılıb
  • da (də) 2017 Feb 09
  • Göndərən مدير سايت Aran News