Tarix : 2017 Feb 12
Kod 51217

Nardaran İŞİ Məhbusları apelyasiya şikayəti veriblər

Şikayətdə təqsirləndirilən şəxslərə bəraət istənilib.
Arannews- Nardaran hadisələrində yalnış itihamlarla təqsirləndirilərək Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə azadlıqdan məhrum edilən ilahiyyatçı Taleh Bağırov, Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədrinin müavini Fuad Qəhrəmanlı və digər 16 nəfər məhkəmənin hökmündən apelyasiya şikayəti veriblər.
Bu barədə vəkil Fariz Namazlı məlumat verib.
Onun sözlərinə görə, apelyasiya şikayəti artıq Bakı Apelyasiya Məhkəməsinə təqdim edilib.
Şikayətdə təqsirləndirilən şəxslərə bəraət istənilib.
Xatırladaq ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə yalnış və saxta itihamlarla təqsirləndirilən şəxslər - T.Bağırov və Abbas Hüseynov 20 il, F.Qəhrəmanlı 10, Cabbar Cabbarov 19, Rasim Cəbrayılov 17, Ramin Yarıyev 10 il, Zakir Mustafayev, Cahad Babakişizadə, Şamil Abduləliyev, Aqil İsmayılov, Abbas Quliyev, İbrahim Xudaverdiyev, Etibar İsmayılov, Bəhruz Əskərov, Əli Nuriyev, Əlibala Vəliyev, Fərhad Balayev və Abbas Tağızadə isə hər biri 14 il 6 ay azadlıqdan məhrum ediliblər.


  • Yazılıb
  • da (də) 2017 Feb 12
  • Göndərən مدير سايت Aran News