Tarix : 2017 Feb 12
Kod 51218

AİP lideri Nardaran məhbusları barəsində məhkəmənin çıxartdığı qərara etiraz etdi

Doktor Mövsüm Səmədov qısa zaman ərzində günahsız yerə həbs edilən şəxslərin haqqın bərpa edilməsi ilə azadlığa çıxacağına ümid etdiyini bildirib.
Arannews- Vəkil Yalçın İmanov 12 saylı Cəza Çəkmə Müəssisəində AİP lideri Mövsüm Səmədovla görüşüb.
Bu barədə Yalçın İmanovun özü məlumat verib. Müvəkkilinin əhval ruhiyyəsinin normal olduğunu söyləyən Yalçın İmanov, Mövsüm Səmədovun Nardaran məhbusları barəsində məhkəmənin çıxartdığı qərara etiraz etdiyini bildirib.
Vəkilin sözlərinə görə, AİP lideri qısa zaman ərzində günahsız yerə həbs edilən şəxslərin haqqın bərpa edilməsi ilə azadlığa çıxacağına ümid etdiyini bildirib.
Xatırladaq ki, M. Səmədov 2011-ci ilin yanvar ayında partiyanın baş məclisində hakimiyyət əleyhinə sərt çıxış etdikdən sonra həbs olunub. O, bir neçə ağır cinayət maddələri ilə yalnış və saxta ittiham edilərək 12 il müddətinə azadlıqdan məhrum edilib.


  • Yazılıb
  • da (də) 2017 Feb 12
  • Göndərən مدير سايت Aran News