Fransa prezidentinin səsləndirdiyi fikiri ermənilərin səsini cəlb etmək məqsədini güdür.
Arannews- Azərbaycan Respublikası Milli Məclisinin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Fransa prezidentinin Dağlıq Qarabağ münaqişəsinin həllində xalqların öz müqəddəratını təyinetmə prinsipinin əsas götürülməsi barədə səsləndirdiyi fikrə etiraz edib.Azərbaycan Respublikası Milli Məclisinin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov deyib ki, Fransa prezidenti Fransua Ollandın bu ölkədə erməni diasporu ilə görüşündə səsləndirdiyi fikir birbaşa Fransada qarşıdan gələn seçki kampaniyası ilə bağlıdır və ermənilərin səsini cəlb etmək məqsədini güdür.
Fransa prezidenti bu görüşdə belə demişdi: Paris ATƏT-in Minsk Qrupunun həmsədrlərindən biri kimi Qarabağ münaqişəsinin həlli qarşısında məsuliyyət daşıyır və bu münaqişənin həlli üçün öz fəaliyyətini artıracaq.
Olland həmçinin demişdi: Madrid prinsiplərinin icrasından sonra Qarabağ erməniləri qondarma respublikada öz müqəddəratlarını təyinetmə haqqına malikdirlər.