Tarix : 2017 Feb 13
Kod 51222

Şeyx Hacı Hacıyev: "Xanım Fatimeyi Zəhra məscidi ərazisinin qəsb olunmasından narahatıq"

Şeyx H.Hacıyev Bakı şəhərində yerləşən "Xanım Fatimeyi Zəhra" məscidinin problemlərinə toxunaraq məscidin ərazisinin qəsb olunmasına narahatçılığını bildirib.
Arannews- Ümum Gürcüstan Müsəlmanları Ali Dini İdarəsinin (ÜGMADİ) və Imam Əli (ə) adına Xeyriyyə Fondunun təşkilatçılığı ilə Marneuli şəhər məscidi İmam Əli (ə) məscidində xanım Fatimeyi Zəhranın (s.ə) şəhadəti ilə əlaqədar Əyyami Fatimə günlərinin ilki keçrilib.
Şam namazdan sonra məclis Quran tilavəti ilə başladı və məscidin axundu Şeyx Hacı Hacıyev xanım Fatimənin (s.ə) əzəməti, böyüklüyü və şəhadəti haqqında danışıb.
Şeyx H.Hacıyev Bakı şəhərinin Günəşli qəsəbəsində yerləşən "Xanım Fatimeyi Zəhra" məscidinin problemlərinə də toxunaraq məscidin ərazisinin qəsb olunmasına narahatçılığını bildirib.
Məclisin davamında Azərbaycandan gələn qonaq məddah Seyid Rəhman və Rza Cəfəri öz gözəl səsləri ilə Xanımın (s.ə) matəmi ilə əlaqədar nohələr oxuyub məclisə nuraniyyət qatdılar. 


  • Yazılıb
  • da (də) 2017 Feb 13
  • Göndərən مدير سايت Aran News