Arannews- Kreml bundan sonra da Ukraynanın Avropaya inteqrasiyasına mane olmağa çalışacaq.
bunu rusiyalı politoloq Andrey Piontkovski deyib.
Rusiyalı politoloq bildirib:
“Moskva Ukraynanı siyasi cəhətdən məhv etmək istəyir. Buna görə də Donbasdakı döyüşçüləri leqallaşdırmağa cəhd göstərəcək. Kremldə artıq anlayırlar ki, hərbi baxımdan Ukraynaya nəzarət etmək mümkün olmayacaq. Moskva bunun üçün Luqansk və Donetsk rəhbərlərini Ukraynanın siyasi həyatına yerləşdirəcək. Nəticədə Kiyevin Avropaya inteqrasiyasının qarşısının alınması və Ukraynanın siyasi cəhətdən dağıdılması prosesi başlayacaq”.