Tarix : 2017 Feb 13
Kod 51228

Azərbaycanda Bahalaşma

Ərzaq məhsullarının qiymətləri 14.5 faiz, qeyri-ərzaq məhsullarının qiymətləri 12.3 faiz, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri 8 faiz artıb.
Arannews- Azərbaycan Respublikasında qiymətlər artıb.
Bu ilin yanvarında istehlak məhsullarının və xidmətlərin qiymətləri 2016-cı ilin yanvar ayına nisbətən 11.9 faiz bahalaşıb.
Ərzaq məhsullarının qiymətləri 14.5 faiz, qeyri-ərzaq məhsullarının qiymətləri 12.3 faiz, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri 8 faiz artıb.
Azərbaycan Dövlət Statistika Komitəsinin (ADSK) məlumatına görə, bu ilin yanvarında 2016-cı ilin dekabra nisbətən istehlak məhsullarının və xidmətlərin qiymətləri 2.3 faiz yüksəlib.
Ərzaq məhsullarının qiymətləri bu bir ayda 2.8, qeyri-ərzaq məhsullarının qiymətləri 2, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri isə 1.9 faiz artıb. 
Əksər ərzaq məhsulları bahalaşıb.
2017-ci ilin yanvarında 2016-cı ilin dekabr ayı ilə müqayisədə qeyri-ərzaq məhsullarından parçaların, geyim və ayaqqabıların qiymətində də artım baş verib.
Habelə, inşaat materiallarının, mebel, ev əşyalarının, zərgərlik məmulatlarının, xalça və digər döşəmə örtüklərinin də qiymətlərinin artdığı söylənir. Üstəlik, şüşə məmulatları, yemək qabları, məişət cihazlarının, kompüterlərin, dəftərxana ləvazimatlarının, minik avtomobilləri və onların ehtiyat hissələrinin qiymətlərində də bahalaşma olub.
Ay ərzində əhaliyə göstərilən ödənişli xidmətlərdən MDB ölkələrinə dəmiryolu, hava nəqliyyatı ilə sərnişindaşıma xidmətlərinin qiymətlərində isə ucuzlaşma müşahidə edildiyi deyilir. Digər ölkələrə hava nəqliyyatı xidmətlərinin, məişət cihazlarının, avtomobillərin təmiri, tibbi xidmətlərin, mənzillərin icarə haqlarının, otel və mehmanxanalarda göstərilən gecələmə haqlarının qiymətlərində isə bahalaşma olub.



  • Yazılıb
  • da (də) 2017 Feb 13
  • Göndərən مدير سايت Aran News