Tarix : 2017 Feb 14
Kod 51231

Azərbaycan Xalqı Xanım Fatimeyi Zəhra məscidi ərazisinin qəsb olunmasına etiraz edir

Xanım Fatimeyi Zəhra məscidinə aid olan ərazinin yarıdan çox hissəsinin məscidin balansından alınması, həm Yeni Günəşli sakinlərini, həm də bütövlükdə Azərbaycan xalqını ciddi narahat edir.
Arannews- Bakının  Suraxanı rayonu Yeni Günəşli qəsəbəsi ərazisində yerləşən və 50 mindən artıq insanın ibadətgah yeri olan  xanim “Fatimeyi-Zəhra” məscidi ətrafında gedən mübahisə yenidən alovlanıb. Buna səbəb ibadətgaha aid olan  1.3 ha (hektar) ərazinin yarıdan çox hissəsinin  məscidin balansından alınması istiqamətində  müvafiq addımların atılmasıdır.
hazırda 130 sot ərazisi olan məscidin həyətyanı sahəsini 25 sota endirmək üçün müvafiq qurumlar tərəfindən işlər görülür. ibadətgaha aid olan ərazinin yarıdan çox hissəsinin məscidin balansından alınması,  həm Yeni Günəşli sakinlərini, həm də bütövlükdə Azərbaycan xalqını ciddi narahat edir.
Hələ bir neçə gün öncə sözügedən məsələyə münasibət bildirən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Dini qurumlarla iş şöbəsinin müdiri Əliheydər Zülfüqarov məscidin ərazisinin yalnız 25 sotunun saxlanılacağını etiraf etmişdi.  O, Bakı Şəhəri İcra Hakimiyyəti, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Qafqaz Müsəlmanları İdarəsinin birgə fəaliyyəti nəticəsində 25 sot ərazisi ilə birgə məscidin  yerli bələdiyyə tərəfindən Qafqaz Müsəlmanları İdarəsinin tam istifadəsinə veriləcəyinini açıqlamışdı. hər bir halda heç bir hüquqi əsas olmadan və səbəb göstərilmədən ibadətgahın ərazisinin kiçildilməsi etirazla qarşılanır.
Məscid ətrafında yaranan mübahisə təkcə əhalinin deyil, həm də Azərbaycan Respubliksının ziyalı təbəqəsinin narahatçılığına səbəb olur. Belə ki,  məsələyə münasibət bildirən tanınmış vəkil Cavad Cavadov məscidin torpaq sahəsinin, onun ayrılmaz hissəsi və mülkiyyəti olduğunu deyib.  Bakı Apellyasiya Məhkəməsinin 29.12.2010-cu il tarixli qətnaməsi ilə Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi mərkəzi massivində yerləşən 1,3 ha torpaq sahəsi və həmin torpaq sahəsində inşa edilmiş məscid kompleksi Qafqaz Müsalmanlan İdarəsinin balansına verildiyini deyən Cavad Cavadov , bu qərarın həm də ölkə rəhbərliyinin mövqeyini əks etdirdiyini dilə gətirib. Belə qanunsuz hərəkətlərin yolverilməz olduğunu bildirib.
Xanim “Fatimeyi-Zəhra” məscidinin İmam cüməsi, ilahiyyatçı alim Ramil Bədəlov da problemli məsələyə münasibət bildirib. İlahiyyatçı qeyd edib ki, məscidin  ərazisi haqqında qanuni sənəd var. İbadətgahın təqribən 130 sot ərazisi var. 2010-cu ildə məhkəmənin qərarı ilə 1.3 hektar ərazininməscidin istifadəsinə verilməsi məhkəmə qərarı ilə  təsdiqini tapıb.  
Ümid edirik ki, məscid ətrafında yaranan mübahisə öz müsbət həllini tapacaq və ibadətgahın ərazisi toxunulmaz qalacaq.


  • Yazılıb
  • da (də) 2017 Feb 14
  • Göndərən مدير سايت Aran News