Səməd Seyidov: "Heç olmasa Vladimir Jirinovski bu bəyanatı Xocalı soyqırımının 25 illiyi ərəfəsində verməzdi, utanardı".
Arannews- Azərbaycan Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov Rusiya Federasiyası Dövlət Dumasında Liberal Demokrat Partiyasının sədri Vladimir Jirinovskinin Azərbaycanın ərazi bütövlüyü əleyhinə açıqlamalarına münasibət bildirib.S. Seyidov bildirib ki, V. Jirinovskinin Azərbaycanın Bakı quberniyası formasında Rusiyanın tərkibində olması barədə bəyanatı yolverilməzdir: "Heç olmasa bu bəyanatı Xocalı soyqırımının 25 illiyi ərəfəsində verməzdi, utanardı. Mən bu bəyanata sakit yanaşa bilmərəm. əslində İrəvan bu statusa daha çox uyğun gəlir. Çünki Ermənistan həmişə quberniya olub. Təklif edirəm ki, Ermənistan Azərbaycanın quberniyası olsun, çünki qondarma dövlətdir ".
S. Seyidov çıxışını rus dilində Rusiya vətəndaşlarına və Azərbaycandakı ruslara müraciətlə yekunlaşdırıb: “Dahi rus şairi Puşkinin bir fikrini yada salmaq istəyirəm: “İmperiya böyük ruhlu bir hiss olsa da, rədd olsun imperiya və onun bəlaları!”