iki ölkənin ticari mübadiləsi və əlaqələrini asanlaşdırmaq məqsədilə Azərbaycan və İran ticarət bankları arasında əlaqələrin yaradılması,...
Arannews- İran Mərkəzi Bankının sədri Vəliyullah Seyfin Azərbaycana bir günlük səfəri çərçivəsində Azərbaycan və İran arasında bank əməkdaşlığın perspektivi barədə fikir mübadiləsi aparılıb. İran Mərkəzi Bankının sədri Vəliyullah Seyfin başçılıq etdiyi nümayəndə heyəti ötən gün Azərbaycan mərkəzi bankın sədri Elman Rüstəmov, iqtisadiyyat naziri Şahin Mustafayev və maliyyə bazarlarına nəzarət palatası publik hüquqi şəxsin direktorlar şurasının sədri Rüfət Aslanlının iştirak etdiyi iclasda iki ölkə arasında müxtəlif sahələrdə bank əməkdaşlığı məsələlərini müzakirə edib.
İclasın sonunda İranın Mərkəzi Bankının sədri Vəliyullah Seyf keçirilən iclasda aparılan müzakirələrin nəticəsi haqqında deyib ki, iki ölkənin ticari mübadiləsi və əlaqələrini asanlaşdırmaq məqsədilə Azərbaycan və İran ticarət bankları arasında əlaqələrin yaradılması, Azərbaycan və İranın milli valyutası ilə işləmək üçün xüsusi bank hesabının yaradılması, eləcədə hər iki ölkədən olan turistlərinin qarşılıqlı səfərlər zamanı istifadəsi üçün Azərbaycan və İranın milli debit kartlarlarının birləşdirilməsi kimi məsələlər müzakirə olundu və ilkin razılıqlar əldə olundu.
V.Seyf deyib ki, İclasda həmçinin təklif olundu ki, Bank Melli İranın Bakı filalı Azərbaycanın müstəqil bir bankına çevrilisin və onun 100 faiz səhmləri İran Mİlli Bankına verilsin.
O əlavə edib ki, iclasın sonunda qərara alındı ki, müzakirələrin yekunlaşdırılması məqsədilə gələn həftə Azərbaycandan ekspertlər qrupu Tehrana səfər etsin.