Tarix : 2017 Feb 14
Kod 51236

Məcid Xudabəxş:" Azərbaycanlı iş adamlar İrana səfər edəcəklər"

Azərbaycanın sənaye və iqtisadiyyat nazirləri 100 nəfərlik bir heyət ilə İrana səfər edəcəklər.
Arannews- Ərdəbil ostandarı 100 azərbaycanlı iş adamı və sərmayə sahibinin Ərdəbil rəsmiləri və iş adamları ilə görüşüb, danışıqlar aparmaq üçün 2 həftəyə kimi İrana səfər edəcəklərindən xəbər verib.
Ərdəbilin ostandarı Məcid Xudabəxş deyib: Azərbaycanın sənaye və iqtisadiyyat nazirləri 2 həftə sonra 100 nəfərlik bir heyət ilə Ərdəbilə səfər edəcəklər. 
Ərdəbil ostandarı əlavə edib: Bu səfər zamanı İranın rabitə və informasiya texnologiyaları naziri Mahmud Vaizi habelə, Azərbaycanın sənaye naziri müştərək iqtisadi əməkdaşlıq komissiyasının həmsədrləri olaraq Ərdəbildə birgə iqtisadi layihələr və sərmayə qoyuluşu barədə sənədlər imzalayacaqlar.


  • Yazılıb
  • da (də) 2017 Feb 14
  • Göndərən مدير سايت Aran News