Arannews- Ərdoğan öz doğulduğu şəhərdə də tənqidçilərinin əlindən amanda deyil. Rizədə bir universitet müəllimi Bloomberg müxbirinə deyib: Ərdoğan özünün 15 illik hakimiyyəti zamanı Atatürkün sekülarizim mirasını məhv etmək ardınca olduğunu açıq-aydın göstərmişdir.
100 minə yaxın cəmiyyəti olan kiçik Rizə şəhəri Türkiyənin şimalında yerləşir. Şəhər bir tərəfdən tarlaçay, bir tərəfdən də Qara dəniz sahillərinə qədər uzanır. Şəhərin əsas mərkəzində sekülar Türkiyənin banisi Atatürkün heykəli qoyulsa da, bu şəhər daha çox hazırkı islamçı prezidenlə məşhurlaşıb. Çünki Rizə Türkiyə prezidenti Rəcəb Təyyib Ərdoğanın doğulduğu şəhərdir.
Bununla belə Ərdoğan öz doğulduğu şəhərdə də tənqidçilərinin əlindən amanda deyil. Rizədə bir universitet müəllimi Bloomberg müxbirinə deyib: Ərdoğan özünün 15 illik hakimiyyəti zamanı Atatürkün sekülarizim mirasını məhv etmək ardınca olduğunu açıq-aydın göstərmişdir.
Lakin Türkiyənin indiki dövləti bu tənqidləri bərk inkar edir. Qabaqlar Ərdoğanın müşaviri olmuş və hazırda Türkiyənin mədəniyyət naziri olan Nəbi Avci deyir: Türkiyədə Atatürk irsini məhv etməyə heç bir ehtiyac yoxdur və bu mövzunu Ərdoğanın müxalifləri ölkədə çaxnaşma yaratmaq üçün ortaya atırlar.
N. Avcinin sözlərnə görə, Ərdoğan dövlətinin proqram və siyasətləri SSRİ-nin parçalanmasından və 2011-ci ildə Yaxın Şərqdə baş verən silsilə etirazlara diqqət etməklə həyata keçirilir.
Mədəniyyət naziri Ərdoğanı müdafiə etməkdə o qədər irəli gedir ki, Ərdoğanın bugünkü Türkiyə üçün yeni və münasib geyim hazırlamasını iddia edir.
Ərdoğanın müxalif və tərəfdarlarının tənqid və müdafiələrinə göz yummaqla, onun dövləti öz məqsədlərinə hansı həddə nail olacaq? Xüsusilə də Ərdoğanın bu günlərdə ölkəsinin siyasi quruluşunu dəyişdirmək üçün konstitusiyada dəyişiklik layihəsini referenduma çıxarılmasına başı qarışmdığı bir vaxtda. Bu layihə uğur qazanacağı surətdə ölkə parlamenti siyasi qüdrəti baş nazirdən prezidentə ötürəcək. Bununla belə Türkiyənin hazırkı durumuna baxış Ərdoğanın qarşıda tutduğu yolu daha da aydınlaşdırır.
Qərbdə populizmin güclənməsinin Türkiyə üçün təhlükələri
Avropa və Amerikada populizm və ifratçı sağçıların güclənməsi Türkiyə üçün elə də xoş xəbər deyil. Amerikada Trampın hakimiyyətə gəlməsi qərbdə ifratçı sağçılar cərəyanının ciddi olaraq canlanmasının bir nümunəsidir. Ərdoğan Trampın hakimiyyətə gəlməsini üzdə yaxşı qarşılasa da ancaq Tramp və onun qərbdəki həmfikirləri Türkiyənin uzunmüddətli məqsədləri ilə tam müxalifdirlər. Həm sağçı ifratçı cərəyanlar inkişaf və hakimiyyətə gəlmək baxımından Türkiyənin islamçı yanaşması ilə müxalifdirlər, həm də qərb populizmi bir növ introversiyanın (özünə yönəlmə), cari birlik və koalisiyaları ləğv etməyin ardıncadır. Ümumi götürdükdə Ərdoğan dövləti üçün uzun müddət yaxşı əlamət deyil. Trapm cərəyanına bənzər bir hərəkatın Avropada hakimiyyətə gələcəyi təqdirdə Ərdoğan Avropa Birliyinə üzv olmaq fikrindən ən azından bu qrupun hakimiyyətdə olduğu zamanda tamamilə əl çəkməlidir. Bu məsələ qərbdə sağçı populizmin güclənməsinin Ərdoğan və Türkiyə üçün ilk təsiridir. AB-nə üzv olmaq Türkiyənin Ərdoğan dövrü də daxil olmaqla ən azından iyirmi ildir ki, gerçəkləşməsinə çalışdığı bir hərəkətdir. Qərbdə sağçı populizmin güclənməsi Türkiyənin bu arzusunu ürəyində qoyur.
Kiçilmiş iqtisadiyyat
Bir zamanlar Yaxın Şərqdə qeyri-neft iqtisadiyyatı üzrə uğuruna görə nümunə olan Türkiyə bugünləri bərk zədələnmiş və zəifləmişdir. Ötən ilin iyulunda hərbi çevrilişə cəhd və ondan sonra siyasi repressiyaların davam etməsi ölkə iqtisadiyyatını bərk zəiflətmişdir. Üstəlik, Türkiyənin Suriya və İraqda apardığı qarşıdurmalar dövlət üçün əlavə xərclər gətirmişdir. Ötən ilin aprel ayından başlayaraq Türkiyə lirəsi dollarla müqayisədə ticarət dövriyyəsində özünün dörddə bir hissəsini itirmişdir. Hazırkı statistikalar ümumi daxili məhsulun dəyərinin 2015-ci ildə 4.5 faizdən 1.8 faizə enməsini göstərir. Bu durumda Türkiyə dövləti öz sabitliyini qorumağı iddia edə bilmir və ÜMD-nin dəyərinin enməsi xəbərdarlıq edir ki, bu vəziyyət davam edəcəyi surətdə Ankara yaxın gələcəkdə işsizlik dalğası ilə üzləşəcək.
Türkiyə qütbləşmə vəziyyətindədir
Bir müddət öncə Ərdoğanın doğulduğu şəhər olan Rizədə Atatürkün heykəlini şəhərinə əsas meydanından əhəmiyyətsiz bir yerə və daha kiçik səki üzərinə köçürdülər. Bu zaman camaat küçələrə axışıb şənlik etdilər. Hətta bəziləri bu günü Rizə şəhərinin azadlıq günü adlandırdı. Bu şənlik bütün Rizəyə aid olmasa da ancaq şəhərin bir sıra qıraq və cənub bölgələrində çox rəngli və qabarıq şəkildə keçirildi. Halbuki, bəzi bölgələrdə Atatürkün heykəlinin yerinin dəyişilməsi bayram kimi qarşılanmadı. Bu mövzu Türkiyənin sekularizm və islamçılıq qütbləşmələrinə tərəf hərəkətini aşkar şəkildə nümayiş etdirdi. Rizədə baş verənlər bunun bir nümunəsidir.
Qütbləşmənin digər bir nümunəsi Türkiyə təhsil nazirinin qərarında öz əksini tapıb. İki ay bundan öncə Ankarada çapdan çıxan bir qəzet təhsil nazirinin dərslik kitablarında dəyişilik etmək istədiyini yazdı. Yeni layihəyə əsasən, tarix dərsliklərindən Atatükr inqilabına aid mövzular çıxarılacaq və onun yerinə şagirdlərə həmin saatlarda cihad və dini dəyərlərlə bağlı məsələlər öyrədiləcək.
Bu xəbərin mətbuata sızmasından sonra sözügedən layihə Ərdoğanın müxaliflərinin reaksiyası ilə üzləşdi. Sonda isə təhsil nazirinin bu layihəni dayandırması ilə nəticələndi. Lakin məlum idi ki, dövlətin qərarı və müxaliflərin geniş etirazı, yaxud layihənin tərəfdarları və müxalifləri Türkiyənin hansı sürətlə qütbləşməyə doğru getdiyini göstərirdi. Bu məsələ şiddətləndiyi surətdə ölkənin siyasətində geniş və xroniki sabitsizliyə şərait açacaq.
Ərdoğan üçün qanunilik yaratmağın maneələri
Rəcəb Təyyib Ərdoğan bu yaxınlarda Türkiyənin siyasi quruluşunun parlament üsul-idarəsindən prezident idarəçiliyinə keçiməsi üçün referendum keçirilməsi ilə bağlı fərman imzaladı. Bu fərmana əsasən, seçkilərdə, sonra da parlementdə səs qazanacağı surətdə Türkiyənin siyasi qüdrəti bir prezident kimi Ərdoğanın əlində toplanacaq. 2003-cü ildə 27-ci baş nazir kimi bu vəzifəyə gələn Ərdoğan indiyə qədər Türkiyədə ən uzun müddətli hakimiyyətdə olan bir rəhbər olmuşdur. Buna əsasən, Ərdoğanın 14 il boyunca davamlı olaraq siyasi quruluşu dəyişəmək və bir prezident olaraq gücü öz əlində toplamaq üçün cəhdləri avtoritarizmdən başqa cür dəyərləndirilə bilməz. Amma başlıca sual budur ki, Ərdoğan avtotarizmliyinə qanunilik qazanmaq üçün başladığı yolu uğurla başa vura biləcəkmi? Türkiyənin keçmişində avtotarizmlik olmuşdur və Atatürk onun son və müasir nümunəsidir. Ancaq Atatürk elə bir zamanda avtotarizmə tərəf hərəkət etdi ki, Türkiyənin əhalisinin 80 faizi əkinci idi və cəmi 10 faizi savadlı idi. Amma indi Türkiyənin ictimai durumu çox fərqlidir. Statistikalar göstərir ki, Türkiyə hal-hazırda cəmiyyətinin 73 faizi şəhərlərdə yaşayır, 95 faizi savadlıdır və 42 milyon (təqribən 53 faizi) internetdən istifadə edir. Əhalisinin gündəlik sosial şəbəkələrdən istifadə edə bilməsinə görə Türkiyə dünyada 19 yerdə dayanır. Belə bir durumda Ərdoğanın konstitusiyanı dəyişdirib qüdrəti öz əlində toplaya bilməsi qanunilik qazana bilməsi elə də asan deyil. Ötən parlament seçkilərində Ədalət və İnkişaf Partiyası təklikdə səslərin 50 faizini də toplaya bilmədi. Bu məsələ Ərdoğan partiyası üçün ciddi təhlükə zəngi idi. Vaşinqton institutlarından biri bununla bağlı deyir: Ərdoğanın qüdrəti öz əlində toplaması və onun müddətini uzatması ölkədən mühacirət edən cavanlarının sayını diqqəti çəkən səviyyədə artıracaq. Bu mövzu Türkiyənin demokratik gələcəyinə bədbinlik üzündəndir.
Digər tərəfdən Ərdoğan və onun partiyası iqtisadiyyatda 10 faiz artım əldə edə bildikləri üçün 2007-2011-ci illərdə seçkilərdə uğur qazanmışdılar. Ancaq o ideal iqisadi şərait 2014-cü il, xüsusilə də 2016-cı ildən sonra və 2017-ci ilin bu günlərində Türkiyə üçün artıq yoxdur. Mədəniyyət və Turizm naziri Nəbi Avcinin dediyinə görə Ərdoğanın proqramı budur ki, 2023-cü ilədək və Türkiyənin təsis edilməsinin yüz illiyi ərəfəsində ölkə iqtisadiyyatını Asiyanın ən böyük iqtisadiyyatına çatdırsın. Ancaq 2014-cü ildən başlayan 3 illik iqtisadi çöküş bu məqsədə çatmağı 6 il də gecikdirdi və bəlkə də qeyri-mümkün edə bilər. Ona görə də Ərdoğan bu şəraitdə öz qanuniliyinin artması üzərinə o qədər də hesab aça bilməz.
Sərgərdan xarici siyasət
Ərdoğanın birbaşa 14 il hakimiyyətdə iştirakı onun xarici siyasətin sabit olmadığını göstərmişdir. Başqa sözlə beynəlxalq hesablamada strateji səhvlərə düçar olmuşdur. Ərdoğan 2005-ci ildən Türkiyəni AB-nə üzv etmək məsələsini çox bərk izləmiş və buna vəsfedilməz enerji sərf etmişdir. Ərdoğanın Türkiyənin üzv olmaq haqqında ərizəsi yenidən AB-nə təqdim edilən kimi bu məsələ dərhal Fransa və Almaniyanın reaksiyası ilə qarşılandı. Elə ilk mərhələdə bu məsələyə baxılmasını təxirə saldılar. Amma Ərdoğan bu müxalifətçiliklərə əhəmiyyət vermədən Türkiyənin AB-yə üzv olması üçün israrla çalışdı və bu neçə illər boyu davam etdi. Belə ki, 2015-ci iyul çevrilişini də AB-yə üzv olmağa maraqsızlığa bəhanə etdi. Halbuki, Ərdoğan birliyə üzv olmaq üçün bütün maneələrə baxmayaraq ciddi cəhd göstərirdi.
2011-ci ildə Yaxın Şərqdə baş verən silsilə inqiablar zamanı Ərdoğan bütün sərmayəsini İxvani-Müslimin üzərində mərkəzləşdirdi. Amma ixvanilər Misirdə çox tez, sonra da Tunisdə məğlubiyyətə uğradılar. Halbuki, Türkiyə Misir və Tunisdəki digər oyunçularını itirmidi, Misir və Tunisdəki hazırkı dövlətlərlə də münasibəti o qədər də yaxşı deyil.
Suriya hadisələrində Ankara acıq-aşkar terrorçuları və silahlı birləşmələri dəstəklədi, Bəşər Əsəd dövlətinin hakimiyyətdən getməsindən çox qətiyyətlə danışdı. Amma Hələbin azad edilməsindən sonra Suriyada terrorçu qrupların məğlub olması faktiki olaraq Türkiyəni dönməsi mümkün olmayan bir yolla üzləşdirdi.
Türkiyə bir tərəfdən Suriyada dəstəklədiyi qrupları itirdi, digər tərəfdən də Dəməşqdə yerində qalmış dövləti qəbul etmir. Belə bir durumda nə qayıtmağa yol var, nə də dövlətin irəliləməsinə və Suriyada balansı mərkəzi dövlətin xeyrinə dəyişmək imkanı var. Həm də artıq Türkiyə gələcəkdə Suriyanın taleyində rol oynaya bilməyəcək.
Bu şəraiti, populizmin qərbdə güclənməsini, Türkiyənin iqtisadiyyatının zəifləməsini, camiəsinin iki qütbə bölünməsini, sərgərdan qalmış xarici siyasətini nəzərə almaqla konstitusiyanın Ərdoğanın xeyrinə dəyişdirilməsi üçün referendum keçirilməsi ərəfəsində Türkiyənin gələcəyinə nikbin baxmaq olarmı?
Mənbə: Əl-Vəqt