"İki ölkə artıq razılığa gəlib və Bəhreyn rejimi Türkiyənin bəzi məsələlərinin həllinə yardım edəcəyinə söz verib."
Arannews- Bəhreyn mediasına istinadən verdiyi xəbərə əsasən, rəsmi Manama Ayətullah İsa Qasimi Türkiyəyə sürgün etmək niyyətindədir. Rəcəb Tayyib Ərdoğanın Bəhreynə səfəri çərçivəsində bu mövzünü müzakirə edəm ölkə kralı Həmd ibn İsanın razılığa gəldiyi bildirilir.
"Şərqul-Əvsət" qəzeti kralın Türkiyə seçimiylə bağlı yazır ki, rejimin bu ölkəni seçməkdə əsas 2 hədəfi var:
1.Türkiyədə Əhli-beyt tərəfdarlarının sayı nisbətən azdır.
2.İranın müdaxilə edərək, Ayətullah İsa Qasimin nüfuzunun artma ehtimalı azdır.
İki ölkə artıq razılığa gəlib və Bəhreyn rejimi Türkiyənin bəzi məsələlərinin həllinə yardım edəcəyinə söz verib.
Bəhreyn rejimi Ayətullah İsa Qasimi Türkiyəyə sürgün etmək istəyir
Mənbə:islamazeri