Tarix : 2017 Feb 15
Kod 51239

Rusiya-Azərbaycan sərhədində atışma baş verib

sərhəd pozucusu sərhəd naryadının qanuni tələblərinə tabe olmayıb, silahlı müqavimət göstərərək...
Arannews- Fevralın 14-də Samux rayonunun Salahlı kəndi ərazisindəki sərhəd zastavasının xidməti ərazisində dövlət sərhədini pozmağa cəhd göstərən bir nəfər silahlı şəxs aşkar edilib.
Azərbaycan Dövlət Sərhəd Xidmətinin Mətbuat mərkəzindən verilən məlumata görə, sərhəd pozucusu sərhəd naryadının qanuni tələblərinə tabe olmayıb, silahlı müqavimət göstərərək qaçmağa cəhd edib.
Sərhədçilər təlimata uyğun hərəkət edərək silah tətbiq edib və sərhəd pozucusunu sol ayağından yaralayaraq yaxalayıblar. 
Yaralı şəxsin Samux rayonu Salahlı kənd sakini olduğu müəyyən edilib. 
Hadisə yerinə baxış zamanı bir ədəd 12 mm-lik qoşalülə ov tüfəngi, bir ədəd patron qatarı, 12 ədəd dolu və 8 ədəd boş patron aşkar edilərək götürülüb.
Faktla bağlı araşdırma aparılır.

  • Yazılıb
  • da (də) 2017 Feb 15
  • Göndərən مدير سايت Aran News