Tarix : 2017 Feb 15
Kod 51241

İranlı rejissordan Qarabağ barədə film

İranda Qarabağ məsələsinə sadəcə azərbaycanlılar həssas deyillər, iran milləti Qarabağı islam torpağı bilir və onun azad olmasını istəyir.
Arannews- İranlı rejissor Qarabağ barədə film çəkdi.
çəkdiyi filmlərdə daha çox tarixi mövzuları araşdıran iranlı rejissor Möhsün Hadinin çəkdiyi növbəti film Qarabağ haqqındadır.
Rejissor deyir ki, uşaqlıqdan Qarabağda baş verənləri diqqətlə izləyib. o, bu mövzunu niyə seçməsi barədə deyib: "Mən müsəlmanam və Qarabağ içimdə bir yaradır. Müharibə zamanı uşaq idim, İran mediasında yayılan xəbərləri gördükcə içim alovlanırdı. O vaxtlar İrandan Qarabağa gedənlər var idi, hər zaman onların xatirələrini dinləyirdim və arzulayırdım ki, kaş mən də böyük olaydım, silah götürəydim. Çox keçmədi ki, böyüdüm və silahımı əlimə götürdüm - yəni, kameramı... İranda Qarabağ məsələsinə sadəcə azərbaycanlılar həssas deyillər, millətin əksəriyyəti Qarabağı islam torpağı bilir və onun azad olmasını istəyir."
Möhsün Hadinin çəkdiyi film "Arazın dayaz günü" adlanır.


  • Yazılıb
  • da (də) 2017 Feb 15
  • Göndərən مدير سايت Aran News