Tarix : 2017 Feb 15
Kod 51244

Azərbaycanda təmirə bağlanan məsciddə işlər aparılmır

Masallı rayonunda yerləşən məsciddə hər hansı təmir işləri aparılmır.
Arannews- Masallı rayonunda yerləşən məscid bağlanmamışdan bir qədər öncə ibadətə yararlı olsa da, insanların üzünə bağlanıb. 
bu haqda vəkil Cavad Cavadov məlumat verib. Vəkil qeyd edib ki, bu mənzərə ilə rayona etdiyi səfər zamanı qarşılaşıb.
" 13 fevral-da müəyyən işlərlə bağlı Masallı rayonuna səfər etmişdim və Masallı şəhərində yerləşən məscidə baş çəkdim. Sonuncu dəfə yanvar ayının 11-də orda olmuşdum və məscidin təmir adı bağlanılaraq, üstünün götürülməsini və xaraba günə qalmasına dair status yazmışdım. Həmin vaxt hər hansı təmir işlərinin aparılmasını görmədim. Üstündən bir ay keçib və yenə də məsciddə hər hansı təmir işləri aparılmır", - Cavad Cavadov  bildirib.
Cavad Cavadov məscidin Məhərrəm ayına 10 gün qalmış bağlandığını bildirir. 
Vəkilə bildirilib ki, məscid Masallı Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən bağlanıb.
Masallı RİH-nin rəsmi saytında qeyd olunan nömrə ilə əlaqə saxlamağa çalışsa da, zənglərinə cavab verən olmayıb.
Qafqaz Müsəlmanları İdarəsi sayta heç bir açıqlama vermir.



























  • Yazılıb
  • da (də) 2017 Feb 15
  • Göndərən مدير سايت Aran News