Qarabağın Azərbaycanın ərazi olduğuna və Ermənistan ordusu qüvvələri tərəfindən işğal edildiyinə görə, istənilən referendum və seçkilərin keçirilməsi Azərbaycan Respublikasının qanunları ilə ziddiyyətdədir.
Arannews-Azərbaycan Respublikası Dağlıq Qarabağda referendumun keçirilməsini qeyri-qanuni adlandırıb.
Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin bəyanatında həmçinin bildirilib: Qarabağın Azərbaycanın ərazi olduğuna və Ermənistan ordusu qüvvələri tərəfindən işğal edildiyinə görə, istənilən referendum və seçkilərin keçirilməsi Azərbaycan Respublikasının qanunları ilə ziddiyyətdədir.
Bu bəyanatda əlavə olunur: Bütün bu hərəkətlər Ermənistanın silahlı münaqişənin siyasi həllində həqiqətən maraqlı olmadığını və status-kvonu möhkəmləndirmək üçün davamlı addımlar atdığını göstərir.
Azərbaycan XİN həmçinin beynəlxalq dairələrdən Dağlıq Qarabağ münaqişəsinin həlli üçün konstruktiv addımlar atmasını istəyib.
Qeyd edək ki, Ermənistan Kütləvi İnformasiya Vasitələri 20 fevralda "DQ"-da konstitusiyaya islahat üzrə referendumun keçiriləcəyini bildiriblər.