Tarix : 2017 Feb 16
Kod 51246

Ukraynada fövqəladə vəziyyət elan edilib

fövqəladə vəziyyət barədə qərar 1 ay müddətinə nəzərdə tutulub. Bununla belə, bir ay da artırıla bilər.
Arannews- Ukrayna Nazirlər Kabineti  Energetika və Kömür Sənayesi Nazirliyinin Donbasın mühasirədə olması ilə nəticəsində enerji bazarında yaranan antrasit kömürünün qıtlığına görə müvəqqəti fövqəladə  vəziyyət elan olunması barədə təklifini qəbul edib.
Enerji naziri  İqor Nasalikin sözlərinə görə, fövqəladə vəziyyət zamanı  İstilik Elektrik Stansiyalarının mexaniki  rejimdə idarəsi nəzərdə tutulur. Bu tədbir antrasit istifadə edən İES-in işini minimallaşdıracaq.İES enerji bloklarının miqdarı 100MVt-dan 500MVt-a salınacaq.  Bütün bunlar antrasit qrpu kömürlərinin istifadəsində  ayda 300-350 min ton qənaətə imkan verəcək.
Nazirin sözlərinə görə, fövqəladə vəziyyət barədə qərar 1 ay müddətinə nəzərdə tutulub. Bununla belə, bir ay da artırıla bilər.


  • Yazılıb
  • da (də) 2017 Feb 16
  • Göndərən مدير سايت Aran News