Tarix : 2017 Feb 16
Kod 51248

Qarabağ əlili: "yaşayış yerim yoxdur"

Səfərov Vüqar : "Karrar stansiyasında evimiz köhnə olduğundan uçub. Təkcə həyat yoldaşım xadimə işləməklə ailəni dolandırır".
Arannews- Kürdəmir rayonu Karrar stansiyasının sakini Səfərov Vüqar Əhməd oğlu hərbi xidmətdə aldığı xəsarətdən II qpup əlil olduğunu bildirir.
Aldığı 115 manat təqaüdlə dolana bilmədiyini deyən əlil ona çatacaq konpensasiyanın ödənilmədiyindən şikayətçidir.

Vüqar Səfərov ürək sözləri:
“Hazırda ayağımda 10 ədəddən çox qəlpə var. Əvvəllər imkanım vardı onları çıxartdıra bilirdim. İndi isə heç çür imkan yoxdur. Ayağım bir yana, yaşayış yerim də yoxdur. Karrar stansiyasında evimiz köhnə olduğundan uçub. Rayon İcra hakimiyyətinə müraciət etdim baxan olmadı. Bakıda kirayə qalmaq məcburiyyətindəyəm. Təkcə həyat yoldaşım xadimə işləməklə ailəni dolandırır. Kirayə pulunu ödəyə bilmirəm. Məcbur olub pensiya kartımı girov qoyuram. Birtəhər onu ödəyib, başqa yerdə yenidən girov qoyuram. Buna görə tez-tez kirayə dəyişirəm. İki qızım var , artıq böyüyüblər. Bir otaqda qalırıq. Müdafiə Nazirliyinin qaynar xəttinə zəng etmişəm, deyirlər Sosial Müdafiə Mərkəzinə müraciət et. Ötür-ötür edirlər… Deyirlər kişi ağlamaz, amma əlimdən heçnə gəlmir. Dəfələrlə özümə qəsd etmişəm. Daha yaşamaq istəmirəm. İki uşağa görə birtəhər dözürəm. Onların həyatı indidən məhv olur. Nə təhsil ala bilirlər, nə də adam kimi yaşaya bilirlər”.


  • Yazılıb
  • da (də) 2017 Feb 16
  • Göndərən مدير سايت Aran News