Tarix : 2017 Feb 16
Kod 51249

NİDA-çı ağır işgəncəyə məruz qalıb

Rahim Vəliyev: ""Baxışlarımda heç bir dəyişiklik yoxdur"
Arannews- Fevralın 15-də inzibati həbs cəzası alan NİDA-çı Rahim Vəliyev azad edilib. Yanvarın 16-da saat 11 radələrində saxlanılan Rahim Vəliyev polisin qanuni əmrinə tabe olmamaqda təqsirləndirilmişdi. Rəsmi məlumata əsasən ərazidə oğurluq olub və polis reyd keçirən zaman Rahim Vəliyevin şəxsiyyətini müəyyən etmək istəyib.
"İslaminSesi"nin məlumatına görə, Rahim Vəliyev Meydan TV-yə bildirib ki, o, 18-ci polis bölməsində və Nərimanov Rayon Polis İdarəsində işgəncələrə məruz qalıb:
"Bununla bağlı müvafiq orqanlara şikayətləri var".
O, fəaliyyətini NİDA-da davam etdirəcəyini söyləyib:
"Baxışlarımda heç bir dəyişiklik yoxdur!".
Onun vəkili Elçin Sadıqov isə deyib ki, iş materiallarında ərazidə oğurluq olması barədə hər hansı bir sübut yox idi. Məhkəmə zamanı təsdiqləndi ki, polislər Rahim Vəliyevi aparmaq üçün əraziyə gəliblər və məqsəd onu "Facebook"dakı statuslarına görə cəzalandırmaq idi.
Vəkil bildirib ki, Rahim Vəliyevə 18-ci polis bölməsində ağır işgəncə verilib:
"Bu barədə Rahim Vəliyev özü mənə danışıb. Həmin vaxt onun ailəsi 102-yə zəng edib. Polis də bunu bəhanə edərək Vəliyevin evində axtarış aparıb. Bununla bağlı məhkəmələrə şikayət edilib və bu, Avropa Məhkəməsinə qədər davam edəcək. O cümlədən, Respublika Prokurorluğuna və Daxili İşlər Nazirliyinə işgəncəylə əlaqədar şikayət etmişik ".


  • Yazılıb
  • da (də) 2017 Feb 16
  • Göndərən مدير سايت Aran News