Tarix : 2017 Feb 18
Kod 51254

Dindar Məhbus: "tam məqsədli insanlara həbsxanada olmaq fərq etmir"

Vüsal Nadiroğlu: "bu insanlar dünyanın və bəşəriyyətin yaşayışına istiqamət verən insanlardır"
Arannews- Nardaran hadisələri zaman həbs edilən psixoloq Vüsal Nadiroğlu həbsxana həyatından yazıb.
məktubda yazılanları sizə təqdim edilir.

Həbsxana həyatı və dahilər
"Həbsxana. Ilk baxışda vahiməli və qorxulu səslənən bir yer. Əslində isə belə deyil. Həbsxana müəyyən məhdudiyyəti olan yerdir.
Əgər dərin düşünsək, bu dünya özü insan üçün müəyyən məhdudiyyətli bir yerdir. Yəni insanın daimi və əbədi yeri və arzularının cavabı bu dünyada deyil. Bəs haradadır? Əbədi axirət yurdundadır.
Həbsxana insanın müəyyən hüquq və azadlıqlarının əlindən alındığı bir yerdir. Həbsxanada ümumi rejim və davranş qaydalarına riayət edə bilməyən, ictimaiyyətin yaşayışına mane olan insanlar olur. Bu insanları o məkana göndərirlər ki, çətinlik çəksin və azadlığın qədrini bilsin. Bir də belə səhvlər etməsin.
Amma bəzi insanlar da vardır ki, onlar üçün həbsxanada olmaq fərq etmir. Bu insanlar bu həyatdak “tam məqsədli” insanlardır. Bu şəxsiyyətlər polad kimidirlər. Dünyanın və bəşəriyyətin yaşayışına istiqamət verən insanlardır. Mahatma Qandi, Nelson Mandela, Muxtar Səqəfi, Çe Çevarra, Ruhulla Musəvi Xomeyni, Fidel Kastro, Nəvvab Səfəvi, Hacı mövsüm Səmədov, Hacı abgül süleymanov, Hacı Taleh Bağırzadə və bu qəbildən olan şəxsiyyətlər bu kateqoriyaya aiddirlər. Belə insanların həbsxanada olması belə xalqa, insanlığa müsbət hisslər aşılayır. Yəni belə insanlar canlı şəhidlərdir. “Şəhidlər də cəmiyyət üçün oksigendir” demişdir şəhid Murtəza Mutəhərri.
Millətin daima şəhidlərə ehtiyacı vardır. Çünki şəhidlər insanlara həqiqəti çatdırırlar. Bu həyatda olanda və ya olmayanda. Əslində onlar heç vaxt ölmürlər. “Allah yolunda öldürülənlərə ölü deməyin. Onlar diridirlər” – Qurani Kərim. Bəqərə surəsi
Dahilər həbsxanada ola-ola ətrafa necə müsbət enerji ötürürlər?
Həqiqətən də çox maraqlı sualdır.
Bəli, xalqın gözü tərəzidir deyirlər. Xalq çox zaman həqiqəti bilir, amma qorxu səbəbindən səsini çıxartmır. Həmçinin ümumi kütlə də dahilərin doğru yolda olduğunu və öz məqsədləri uğrunda – dəyərlər uğrunda çalışdıqlarını bilirlər. Bu tarix boyu belə olmuşdur. Indi də belədir.
Ətraf mühit və insanlıq dahilərin həbsxana həyatında aşağıdakı dərsləri çıxarırlar:
İnsanın öz məqsədi uğrunda nə qədər mətin və dönməz olduğunu əyani müşahidə edirlər.
Məqsəd uğrunda, haqq uğrunda və bəşəriyyətin rifahı uğrunda həbsxanaya düşənin hörmət və izzətinin Allahın necə artırdığını görürlər.
Həbsxananın məğlubiyyət olmadığını aşkar müşahidə edirlər.
Bu dünyada təmin olunmuş ridfahın və haqqın ərsəyə gəlməsində dahilərin, şəhidlərin əziyyətlərinin həlledici rol oynadığını anlayırlar.
Xüsusən gənclərin dünya görüşünün formalaşmasında və bu həyatın həqiqətini dərk etməsində həmçinin həyatın təkcə yemək və əyləncə olmadığının praktik izah olunmasında nəticələr çıxarırlar.
Bəzən beyinləri pozan zaman həqiqətin kimin tərəfində olmasını dəqiqləşdirmək üçün həbsxana həyatı yaşayan dahilərlə fikirlərini konkretləşdirirlər".

Vüsal Nadiroğlu
"Müsəlman Birliyi Hərəkatının" İctimai Birliyinin İdarə Heyətinin üzvü, Elm və təhsil şöbəsinin müdiri
Bakı İstintaq Təcridxanası


  • Yazılıb
  • da (də) 2017 Feb 18
  • Göndərən مدير سايت Aran News