Türkiyə prezidenti səfərinin davamında Ərəbistanın kralı, vəliəhdi və müdafiə naziri, daha sonra isə Qətər rəsmiləri ilə görüşərək Suriyanın siyasi gələcəyi ilə rəftarda birgə strategiyanın izlənməsinə dair danışıqlar aparmışdır.
Fevralın 12-dən Rəcəb Təyyib Ərdoğanın Bəhreyn, Ərəbistan və Qətərə dörd günlük səfəri başlamışdır. Sözü gedən ölkələrin region hadisələrində rolu olduğundan bu səfər diqqəti çəkir. Bir il bundan öncəyə qədər Suriyada terrorçulara yardım və Bəşər Əsər dövlətini devirmək üçün Türkiyə, Ərəbistan və Qətər arasında yazılmamış koalisiya mövcud idi. Ancaq cəbhədə balansın dəyişməsi ilə bu koalisiya zədələndi, Türkiyə zahirən, Suriyadakı fəal terrorçuları dəstəkləməkdən qırağa qoyuldu və təlaş etdi ki, Yaxın Şərq hadisələrindən tamamilə qırağa qoyulmazdan öncə İran və Rusiyanın yanında dayanaraq ərəb dostları ilə müqayisədə daha rəngli rol ifa etsin.
Dəməşq dövləti və müxalifləri arasında sülh müzakirələrində dönüş nöqtəsi kimi tanınan Astana görüşündən sonra Türkiyə ordusu daha şəffaf şəkildə İŞİD mövqelərini vurdu. Bundan öncə Ankara İŞİD-lə mübarizə bəhanəsi ilə Suriyanın şimal bölgələrinə girdi, ancaq Türkiyə qırıcıları kürd qüvvələrini hədəfə aldı. Türkiyənin məqsədi xalq müdafiəsi qüvvələrini geri oturtmaq olsa da, Ərdoğanın açıqlamalarına görə onlar Rakkanı terrorçulardan təmizləyənə qədər Fərat qalxanı əməliyyatını davam etdirəcəklər.
Qeyd olunan siyasətlər ümumi olaraq Ərəbistan və Qətərin Suriyadakı İŞİD və digər terrorçu qruplara maddi və logistik yardımları ilə yanaşı olan istəkləri ilə ziddir. Ona görə də belə gözlənilir ki, Ərdoğanın səfərinin səbəbləri bu istiqamətdə danışıqlar aparmaqdır.
Bu arada Ankaranın xarici siyasətində Bəhreynin əhəmiyyəti Türkiyə-Ərəbistan münasibətlərindən asılıdır. Bu kiçik ölkənin strateji mövqei bundan öncə Riyaz və Ərəbistan vasitəsilə tanınıb və belə nəzər gəlir ki, Ankaranın qüdrət nümayiş etdirməsi üçün yer qalmamışdır. Həm də Amerika siyasi və təhlükəsizlik səbəblərindən Bəhreyndə Türkiyənin aktiv iştirakına yer vermək istəmir.
Bu üzdən Ərdoğanın Manamaya səfəri iki ölkə arasında bağlılıqların mövcud olduğunu göstərmək xarakteri daşıya bilər. Bəhreynin daxili hadisələrinə və İranın bu böhranda əli olduğunu iddia etməsinə diqqət etməklə bu səfər müttəfiqlik nümayiş etdirmək və siyasi tərəfdaşlıq kimi də təhlil edilə bilər.
Qeyd olunanlara əsasən, Bəhreyn kralının Ərdoğana ölkənin ən yüksək səviyyəli medalı olan “İsa ibn Süleyman Ali-Xəlifə” medalını verməsi də bu istiqamətdə baş tutmuşdur. Daxili etirazları yatırmaqda Ali-Xəlifənin acizliyi və Bəhreyn şiələrinin rəhbəri Şeyx İsa Qasimin mühakimə olunmasına geniş reaksiyalar bu ölkənin siyasi quruluşunu ciddi təhlükə ilə üzləşdirə bilməsi Türkiyə rəsmilərinin öz regional müttəfiqlərinə diqqətini artırmasına səbəb olmuşdur.
Suriya məsələsinə neçə il xərc qoyduqdan sonra Bəşər Əsəd dövləti və İranın regionda mövqei qarşısında özünün ifratçı siyasətlərinin məğlubiyyətə uğradığını görən Ərdoğan, Suriyada atəşkəs mövzusunda Tehran və Rusiya ilə əməkdaşlıqla yanaşı Türkiyənin qüdrət manevrini artıracaq fürsətlərdən istifadə etməyə çalışır. Ona görə də şübhəsiz, Türkiyə Bəhreynlə əməkdaşlıq səviyyəsini artırmaqla Tehrana bu mesajı vermək istəyir ki, Manamada dövlətin dəyişilməsinə və şiə ruhanisinin rəhbərliyi ilə başlamış xalq etirazlarının qələbəsinə mane olacaq.
Türkiyə prezidenti səfərinin davamında Ərəbistanın kralı, vəliəhdi və müdafiə naziri, daha sonra isə Qətər rəsmiləri ilə görüşərək Suriyanın siyasi gələcəyi ilə rəftarda birgə strategiyanın izlənməsinə dair danışıqlar aparmışdır. Hal-hazırda Amerika da Suriyada vəziyyəti təyin etmək mövzusundan uzaqlaşdırılıb. Əsədin müxalifləri tərəfindən vahid proqram izlənilməyəcəyi surətdə Dəməşqin gələcəyi onların yanaşmasının əksinə doğru gedəcək.
Ona görə də Ərdoğanın Ərəbistan və Qətərə səfərinin rezonans doğurması özünü Fars Körfəzi Ölkələrinin Əməkdaşlıq Şurası və İslam Əməkdaşlıq Təşkilatının gələcək siyasətlərində göstərir.
Belə nəzərə gəlir ki, Türkiyə Əsədin müxalifləri cəbhəsində yeni oyun oynayaraq hal-hazırda Dəməşq ordusu ilə atəşkəs durumunda olan Suriyanın daxili etirazçılarından istifadə edərək öz rolunu artırmağa təlaş edir. Bu yeni oyun Türkiyənin regionda təsirli gücə malik olması istiqamətindəki məqsədlərini gerçəkləşdirə bilər. Ancaq bu məqsəd Bəşər Əsəd dövlətini devirmək yolu ilə və Suriyanın qanuni hökumətinə qarşı məkirli planlarla 6 ildir ki, gerçəkləşə bilməmişdir.
Mənbə: Əl-Vəqt