Arannews- İslamçı Məhbusların Haqqında Şer
Hürrüsən , azadəsən sən ey ədalət məhbusu
Ruhu azad , fikri aydınsan , həqiqət məhbusu.
Kim ki, baş əymişsə zülmə, zülm edib, zalımdır o
Ömrü zillətdir fəqət, olmuş zəlalət məhbusu
Biz görüb haqsızlıgı lal olmuşuq, kar olmuşuq
Düşdük Allahdan uzaq , olduq cəhalət məhbusu
Şükr edirsənmi kölə ? Öz halına, dəhşətdi bu
Ehtiyac etmiş səni, alçaq itaət məhbusu
Bircə yol vardır, o yoldu Şahi-Mərdanın yolu
Özgə yol batildi, puçdu ey təriqət məhbusu
Baglanib dünyayə düşdük İblisin zindanına
Satmışıq Üqbamızı olduqca şəhvət məhbusu
Xəstə qəlblər heç zaman dərk eyləməz, bilməz səni
Yerli-yersiz söz tapıb eylər şikayət məhbus
Puç olar dünyadə hər şey, tək həqiqətdir qalan
Can verib, məktəb qoyub minlərlə qeyrət məhbusu
Ey Səid, dünya özü zindan olub haqq-əhlinə
Qurtarar Rəbbin cəfalərdən nəhayət məhbusu.
Şair Səid Tağızadə