Tarix : 2017 Feb 18
Kod 51259

Elşən Mustafaoğlu barəsində bəraət hökmünün çıxarılmasını istəyir

E.Mustafaoğlu apellyasiya şikayəti ilə Bakı Apellyasiya Məhkəməsinə müraciət edib.
Arannews- Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sabiq sektor müdiri Elşən Mustafaoğlunun barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmənin vaxtı açıqlanıb.
Bakı Apellyasiya Məhkəməsində keçiriləcək iclas fevralın 24-nə təyin edilib.
Qeyd edək ki, E.Mustafaoğlu 2014-cü ildə həbs olunub. O, Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə ittiham olunub.
Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən qapalı prosesdə E.Mustafaoğluna hökm oxunub. O, məhkəmənin hökmü ilə 10 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan E.Mustafaoğlu apellyasiya şikayəti ilə Bakı Apellyasiya Məhkəməsinə müraciət edib. O, barəsində bəraət hökmünün çıxarılmasını istəyir.


  • Yazılıb
  • da (də) 2017 Feb 18
  • Göndərən مدير سايت Aran News