İran İslam Respublikasının Kirmanşah şəhərində keçirilən sərbəst güləş üzrə böyüklər arasında Dünya Kubokunun qalibi müəyyənləşib. Birinci yeri İran, ikinci yeri ABŞ, üçüncü yeri isə Azərbaycan güləşçiləri tutub.
Arannews- İran İslam Respublikası sərbəst güləş üzrə dünya çempionatının final mərhələsində Amerika komandasını məğlub edərək, çempion oldu.
İranın sərbəst güləş üzrə milli komandası cümə günü axşam Sərbəst Güləş üzrə 45-ci Dünya Çempionatının final mərhələsində Amerika komandasını 5-3 hesabı ilə məğlub edərək, 8-cı dəfə olaraq çempionluq adını qorumuş olub. Bu, İranın dünya çempionatında 8-ci qəhrəmanlığı sayılır.
İranın sərbəst güləş üzrə milli komandası daha öncə 1996-cı ildə Tehranda, 2006-cı ildə Saridə, 2012-ci ildə Bakıda, 2013-cü ildə Tehranda, 2014, 2015 və 2016-cı illərdə Los Ancelesdə dünya çempionu olmuşdu. İran həmçinin sərbəst güləş üzrə 11 dəfə dünya ikincisi olub.
İranın sərbəst güləş üzrə milli komandası Türkiyə, Hindistan və Monqolustan komandalarını məğlub edərək, yarışların final mərhələsində iştiraka vəsiqə əldə etmişdi.
Azərbaycan yığması isə Türkiyə komandasını məğlub edərək, çempionatın 3-sü oldu.
Sərbəst güləş üzrə 45-ci dünya çempionatı İranın qərbində, Kermanşah şəhərində, İmam Xomeyni(r.ə) idman zalında start götürmüşdü. Bu yarışlarda dünyanın 8 ən güclü komandaları iştirak edirdi.
"A" qrupunda Rusiya, Amerika, Azərbaycan və Gürcüstan, "B" qrupunda isə İran, Türkiyə, Hindistan və Monqolustan komandaları mübarizə aparırdı.