Arannews- Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov Avstriyanın Xarici İşlər naziri Sebastian Kurts və ATƏT-in Baş katibi Lamberto Zannier ilə görüşüb.
Görüşdə Tərəflər ATƏT-ın gündəliyində duran məsələlər və fəaliyyətdə olan sədr kimi Avstriyanın prioritetləri barəsində fikir mübadiləsi aparıblar.
Görüşdə ATƏT-in İrəvan ofisi ilə əlaqədar olan məsələlər müzakirə edilib. Nazir E.Məmmədyarov ATƏT-in İrəvan ofisinin mandatına zidd fəaliyyəti barəsində Azərbaycanın narahatlığı və mövqeyini bir daha həmsöhbətlərin nəzərinə çatdırıb.