Arannews- Rusiya Xarici İşlər Nazirliyi Dağlıq Qarabağdakı separatçı rejimin keçirəcəyi "referendum"a münasibətini açıqlayıb. Rusiya XİN-dən Verilən Məlumatda, rəsmi Moskva Dağlıq Qarabağı müstəqil dövlət kimi tanımır: "Hesab edirik ki, Dağlıq Qarabağın statusu siyasi danışıqlar yolu ilə həll olunmalıdır. Bununla yanaşı, biz düşünmürük ki, nizamlanmanın gedişi "konstitusiya referendumu"nun keçirilməsindən asılı ola bilər".
Bundan öncə Azərbaycan, İran, Rusiya, Gürcüstan və Türkiyə separatçı rejimin referendumla bağlı atdığı addımı qeyri-qanuni elan ediblər.
Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasəti çərçivəsində Qarabağ və ətraf rayonların erməni silahlı qüvvələri tərəfindən işğal edilməsinin ardınca, bölgədə mürəkkəb durum yaranıb.
Qondarma Dağlıq Qarabağ Respublikasını isə heç kim tanımır. Bu separatçı rejim 20 fevralda konstitusiyaya düzəliş üzrə referendum keçirəcək.