Tarix : 2017 Feb 20
Kod 51270

Həqiqətpur: Erməistanın Qarabağda referendum keçirməyə haqqı yoxdur

Həqiqətpur Ermənistan dövlətinin Dağlıq Qarabağda referendum keçirməsini tənqid edərək deyib: “Hansısa ölkənin bir ərazini işğal edərək onun üçün dövlət və məclis təyin etməsi meşə qanununun nümunəsidir”.
AranNews - Mənsur Həqiqətpur bir müsahibəsində Ermənistanın Dağlıq Qarabağda referendum keçirməsinə toxunaraq deyib: “Ermənistanın bu addımı atmağa haqqı yoxdur. Qarabağ, Azərbaycan ərazisidir və onun haqqında hər bir qərarı yalnız Azərbaycan dövləti verə bilər”.
M. Həqiqətpur əlavə edib: “Ermənilərin bir bölgəni işğal ediblər və orada dövlət təyin etmək və məclis qurmaq istəmələri meşə qanunları deməkdir”.
İslami Şura Məslisinin sədrinin müşaviri Ermənistan dövlətinin bu hərəkəti səhv olduğunu vurğulayıb.
M. Həqiqətpur Qarabağ müharibəsində İranın Ermənistanı dəstəkləməsi barədə şayələrə aydınlıq gətirərək vurğulayıb: “Bu sözü deyən kəs çox böyük səhv etmişdir. “Azərbaycan sərdarı” filmi İranın Azərbaycana hansı yardımlar etdiyini göstərir”.
M. Həqiqətpur, Azərbaycan Respublikasının bəzi siyasi rəsmilərinin sərt açıqlamalarına toxunaraq vurğulayıb: “Belə bir mövqedən çıxış edənlər ya Türkiyəyə bağlıdırlar, ya da İsrail ilə münasibətdədirlər. Onlar heç vaxt İranla münasibətlərin genişlənməsini istəməyiblər”.


  • Yazılıb
  • da (də) 2017 Feb 20
  • Göndərən مدير سايت Aran News