Tarix : 2017 Feb 20
Kod 51271

İranın Azərbaycandakı səfirliyi: Dağlıq Qarabağda referendumu tanımırıq

İranın Azərbaycandakı səfirliyinin mətbuat xidmətinin rəhbəri deyib: “Sülh və təhlükəsizliyi, ölkələrin ərazi bütövlüyünü təhdid edə biləcək hər hansı bir addımı doğru saymırıq”.
AranNews - İranın Azərbaycandakı səfirliyinin mətbuat xidmətinin rəhbəri Məhəmməd Nəcəfi Dağlıq Qarabağda keçirilməsi planlaşdırılan qondarma referenduma münasibət bildirərkən “APA” müxbirinə deyib: “İranın Azərbaycanın ərazi bütövlüyü və Dağlıq Qarabağ münaqişəsi ilə bağlı prinsipial mövqei olduqca aydın və şəffafdır. İran Dağlıq Qarabağ münaqişəsinin tezliklə Azərbaycanın ərazi bütövlüyü və beynəlxalq qanunlar çərçivəsində həllinin tərəfdarıdır”.
Mətbuat xidmətinin rəhbəri əlavə edib: “İran “Dağlıq Qarabağ”ı müstəqil bir respublika olaraq tanımır, buna görə də həmin ərazidə keçirilən referendumu, sülh və təhlükəsizliyi təhdid edə biləcək hər hansı bir addımı doğru saymırıq. Bu münaqişənin tezliklə sona çatması və regionda sülh və təhlükəsizliyin hakim olmasına ümid edirik”.
Qeyd edək ki, Dağlıq Qarabağ və onun ətrafında 7 rayon Ermənistan tərəfindən işğal olunub və 1994-cü ildə Azərbaycan və Ermənistan arasında atəşkəs imzalandıqdan sonra indiyədək bu ərazilər hələ də erməni qüvvələrinin işğalı altında qalmışdır. Ermənistan dövləti öz qüvvələrini Dağlıq Qarabağ ətrafında 7 rayondan çıxarmağı qondarma “Dağlıq Qarabağ” respublikasının Azərbaycan tərəfindən rəsmi surətdə tanınması ilə şərtləndirib.
Ötən bir neçə gün ərzində Ermənistan dövlətinin Qarabağda referendum keçirmək fikrində olması Azərbaycan Respublikası mediasının əsas xəbərnə çevirlmişdir və Azərbaycanın ölkə rəhbərləri bu referendumu Ermənistanın Qarabağa hakim heyət quruluşunu dəyişdirmək və münaqişənin həllində onların mövqelərini möhkəmləndirmək istəməsi kimi dəyərləndiriblər.


  • Yazılıb
  • da (də) 2017 Feb 20
  • Göndərən مدير سايت Aran News