Tarix : 2017 Feb 20
Kod 51272

AXCP Ali Məclisinin üzvü həbs edilib

Elçin İsmayıllının harda saxlanması barədə dəqiq məlumat yoxdur.
Arannews- İsmayıllıda yaşayan jurnalist Elçin İsmayıllı fevralın 17-də saat 16.00 radələrində yaşadığı evdən çıxdıqdan sonra geri qayıtmayıb.
Elə həmin gün, daha doğrusu, ayın 17-dən 18-nə keçən gecə saat 2 radələrində polis və prokurorluq əməkdaşlarından ibarət olan 8 nəfərlik qrup onun kirayədə qaldığı evə gələrək axtarış aparıblar. Əməliyyatçılar jurnalistin evində kompyuterini və sənədlə aldığı ov tüfəngini götürüb gediblər.
Elçin İsmayıllı həm də AXCP Ali Məclisinin İsmayıllıdan seçilmiş üzvüdür. Partiyanın sədr müavini Gözəl Bayramlı məlumat paylaşıb ki, Elçin İsmayıllının Bakıya gətirlidiyini öyrənə biliblər. Amma onun harda saxlanması barədə dəqiq məlumat yoxdur. Məlumatı dəqiqləşdirmək üçün çalışmaları isə nəticə vermir.

  • Yazılıb
  • da (də) 2017 Feb 20
  • Göndərən مدير سايت Aran News