jurnalist Fikrət Fərəməzoğlu Bununla məhkəmənin ədalətsiz gedişinə, sifarişli həbsinə etiraz edir.
Arannews- jurnalist Fikrət Fərəməzoğlu aclıq aksiyasına başlayıb. Bu haqda onun həyat yoldaşı Faiqə İbişbəyli məlumat verib. Dediyinə görə, bu gün aclıq aksiyasının 3-cü günüdür. “Aksiyaya ayın 18-dən başlayıb. Bununla məhkəmənin ədalətsiz gedişinə, sifarişli həbsinə etiraz edir. Bunları mənə telefonda deyirdi. Ona görə də danışığımızı yarımçıq kəsdilər. Kimsə “çölə məlumat ötürmə” qışqırdı. Təzyiqlər artıq bu həddədir” - jurnalistin həyat yoldaşı bildirib.
Fikrət Fərəməzoğlu ötən ilin iyun ayının sonunda saxlanıb.