Arannews- Keçmiş polisin sözlərinə görə, devalvasiya və iqtisadi çətinliklərin belə halları artıracaq.Son aylar Azərbaycanda oğurluq artıb. Təkcə ötən ilin son 6 ayında 4181 belə hal baş verib ki, bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə 25 faiz çoxdur. Bu barədə Daxili İşlər Nazirliyi məlumat verib. Müstəqil ekspertlərin fikrincə, bəzi oğurluq halları qeydiyyata alınmır. Bakı sakini Elmir Sadıqlı Azadlıq Radiosuna deyir ki, polis artıq 8-10 min manatlıq oğurluqları araşdırmır: "Böyük məbləğdə dəymiş ziyanlar araşdırılır. Bizim anbardan əşyalar oğurlandı, polisə müraciət etmək istədik, lakin fikrimizdən daşındıq. Yadıma qonşumuzun polisə get-gəli düşdü. Ona görə kiməsə müraciət etmədik. Oğurluq halları o qədər çoxalıb ki, artıq kiçik oğurluqlar araşdırılmır".
Keçmiş polis rəisi Mahmud Hacıyev deyir ki, devalvasiya və iqtisadi çətinliklərin belə halları artıracaq.
Kiçik oğurluqlar araşdırılmasa, hadisəni törədən şəxs məsuliyyətə cəlb olunmasa bunun nəticəsi pis olur. Kiçik oğurluq edən cəzasız qaldığı üçün artıq böyük oğurluq etməyə can atır".