Tarix : 2017 Feb 20
Kod 51276

NİDA-çı Cəzaçəkmə Müəssisəsinə köçürüldü

gənc fəal Bayram Məmmədov 13 saylı Cəzaçəkmə Müəssisəsinə köçürülüb.
Arannews- 2016-cı ilin dekabrın 8-də Bakı Ağır Cinayətlər Məhkəməsində narkotik ittihamı ilə 10 il azadlıqdan məhrum olunan gənc fəal Bayram Məmmədov fevralın 19-da 13 saylı Cəzaçəkmə Müəssisəsinə köçürülüb.
Bu barədə vəkil Elçin Sadıqov məlumat verib.
Vəkil bildirib ki, həmin müəssisədə NİDA-çılar İlkin Rüstəmzadə və Əbdül Əbdülov saxlanılırlar.
Bayram Məmmədov və Qiyas İbrahimov  narkotik vasitələrin dövriyyəsində ittiham olunurlar. Lakin saxta və yalnış itihamlarla təqsirləndirilən şəxslərin heç biri ittihamı qəbul etmir. Onlar şərlənərək həbs olunduqlarını, istintaq zamanı təzyiqə məruz qaldıqlarını bildirirlər.
Onların hər ikisi 10 il azadlıqdan məhrum olunub.
Beynəlxalq Amnistiya Təşkilatı gəncləri "vicdan məhbusu" elan edib.


  • Yazılıb
  • da (də) 2017 Feb 20
  • Göndərən مدير سايت Aran News