bu addım Azərbaycan və Ermənistan arasında böhranın həllinə heç bir kömək etməyəcək.
Arannews- “Dağlıq Qarabağda referendum keçirilməsi yersiz və bəyənilməz bir işdir”.
Bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü Bəhram Qasimi mətbuat konfransında deyib.
O bildirib ki, bu addım qəbulolunmazdır: “Düşünürük ki, bu addım Azərbaycan və Ermənistan arasında böhranın həllinə heç bir kömək etməyəcək. Problemin həli yalnız danışıqlar yolu ilə baş tuta bilər”.
B. Qasimi xatırladıb ki, İranın Azərbaycana baxışı aydın və dəqiqdir.