Arannews- Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vitaliy Çurkin 64 yaşında vəfat edib.
bu barədə Rusiya XİN-nin fevralın 20-də yaydığı məlumatda bildirilir.
Vitaliy Çurkin 65 yaşının tamam olmasına bir gün qalmış dünyasını dəyişib.
Qeyd edək ki, V.Çurkin diplomatik fəaliyyətə 1974-cü ildə başlayıb, 1992-ci ildə RF-in xarici işlər nazirinin müavini olub. 1994-cü ildən 1998-ci ilə qədər Rusiyanın Belçikadakı səfiri vəzifəsində çalışıb. 2006-cı ildən Rusiyanın BMT-dəki daimi nümayəndəsi olub.