Hazırda Ohanyanın müxalifət blokuna rəhbəri olması və hakimiyyətə qarşı tənqidi çıxışlar etməsi...
Arannews- Ermənistan hakimiyyəti 2015-ci ildə paytaxtın Nork Maraş dairəsində zərərsizləşdirilmiş silahlı qrupa dair iş üzrə bir sıra faktları açıqlamağa hazırlaşır, bu faktlar sabiq müdafiə naziri Seyran Ohanyanın adı ilə bağlıdır. bu barədə Ermənistanın “Aykakan Jamanak” qəzeti yazır.
Qəzet xatırladır ki, araşdırma zamanı bu işin arxasında Ohanyanın dayandığına dair məlumat əldə edilib.
Hazırda Ohanyanın müxalifət blokuna rəhbəri olması və hakimiyyətə qarşı tənqidi çıxışlar etməsi sonuncunun sabiq nazirə aman verməməsi qərarına səbəb olub.
Qəzetin mənbəyi işin Ohanyanın həbsinə qədər gedib çıxa biləcəyini istisna etməyib.