Tarix : 2017 Feb 21
Kod 51284

QAT sədri İranda Fələstinlə bağlı konfransa qatılıb

QAT sədri bildirib ki, Konfransda Fələstin xalqının azadlıq mübarizəsinə ictimai dəstəyi nümayiş etdirəcək.
Arannews- Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağı “Fələstin xalqına dəstək” mövzusunda 6-cı Beynəlxalq Konfransda iştirak etmək üçün İran İslam Respublikasına səfər edib.
konfransın bu gün və sabah keçiriləcəyi nəzərdə tutulur. İran parlamentinin təşkilatçılığı ilə keçirilən Konfransda dünyanın müxtəlif ölkələrindən siyasi, ictimai xadimlər, deputatlar, ekspertlər iştirak edəcək.
QAT sədri bildirib ki, Konfransda Fələstin xalqının azadlıq mübarizəsinə ictimai dəstəyi nümayiş etdirəcək: "Azərbaycan  Xalqı fələstinlilərin haqq işinə həmişə dəstək verib. Biz həmçinin konfrans iştirakçılarına Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətləri çatdıracaq”.


  • Yazılıb
  • da (də) 2017 Feb 21
  • Göndərən مدير سايت Aran News